Lənkəran rayonu ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Tezadlar.az xəbər verir ki, bu barədə Lənkəran Rayon Prokurorluğu məlumat yayıb. Araşdırmalarla 2003-cü il təvəllüdlü Ruslan Məmizadənin Lənkəran şəhəri ərazisində Elnur Cəfərova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ruslan Məmizadə iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.
R.XUDATQIZI