Sankt-Peterburqda 80 yaşlı kişi telefon fırıldaqçılarına böyük məbləğdə - 16 milyon 830 min rubl verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin regional baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

Şimal paytaxtının Primorski rayonunda yaşayan zərərçəkənin dediyinə görə, ona naməlum şəxs zəng edib və pulu guya “təhlükəsiz hesaba” köçürməli olduğuna inandırıb. Əvvəlcə təqaüdçü fırıldaqçıların kuryerinə nağd pul - 8 milyon 614 rubl təhvil verib, bundan sonra bankomat vasitəsilə fırıldaqçıların göstərdiyi hesablara daha 8 milyon rubldan çox pul köçürüb.

Aldadıldığını anlayan təqaüdçü polisə müraciət edib. İndi cinayəti törədənlər axtarılır. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (dələduzluq) ilə cinayət işi başlanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN