Azərbaycan qabaqcıl ölkələrin təcrübəsindən istifadə edərək yerlərdə idarəetmənin bələdiyyə üsul-idarəsini tətbiq edən ölkələr sırasındadır. Ümumi idarəetmənin tərkib hissəsi olan bələdiyyələrin hüquq və vəzifələri müəyyən qanunlarla tənzimlənir, hər il dövlət bu qurumlara milyonlarla vəsait ayırır. Amma, çox təəssüf ki, bələdiyyə təşkilatları işlərini hələ də effektli şəkildə qura bilmirlər. Neçə illərdi buna müxtəlif səbəblər göstərilir, analizlər edilir, nəticə isə yenə də eynidir, heç bir irəliləyiş yoxdur. Bəs necə etmək, hansı proqramı tətbiq etmək lazımdır ki, bələdiyyələrin fəaliyyəti canlansın, müasir idarəetmənin əsl avanqardına çevrilsin. Variantlar çoxdur. Dövlətin də bu istiqamətdə “regionların iqtisadi inkişafı” və s. müxtəlif proqramları var. Yenə də təəssüflə etirah etməliyik ki, gözlədiyimiz,ümid etdiyimiz effekti ala bilmirik.