Nizami Süleymanoğlu
Allahın yolundan ayrılanların başları dərdlərdən ayrılarmı? Bilmirəm...
...Hər şeyin əlacı biliklə və bilikdən başlar. Bilikdən biliklə istifadə də fərqli bilikdir. Yəni bilik önəmlidir, edə bilmək daha önəmli. Bilik təyinatına görə xeyirə-şərə yarayır. Pozitiv-neqativ niyyətlərdə təsiri böyük və müxtəlifdir. Bilməklə bildiyini əmələ çevirməkdə niyyət fərqli isə nəticələr də fərqli olur. Bilik İÇİN dərinliyindən çıxar və haqq edənlərə gələr. Xəstəlik, Vətənsizlik, yoxsulluq, qorxaqlıq və sairə məhrumiyyətlər silsiləsi biliksizliyin fərqli təzahürlərindəndir. Bəzən biliklilər də əzab çəkər, məhrumiyyətlər yaşayar. Niyə? Biliyini doğru-dürüst tətbiq etmədiklərindən... Bilgisi alınmayan, tədbiri görülməyən, önlənməyən problemlər də bu üzdən insan ömründə, millətlər tarixində oxşar təkrarlar yaradar. Biliklə təmasa girilməlidir ki, qəlb, zehin, ruh hazır hala gəlsin, bilik halı yaşansın. Doğru keyfiyyətli biliklərə sahib olmaq lazımdır ki, mübarizə də doğrular əsasında sürdürülsün, gerçəklərə varılsın. Can (ruh) gövdəyə yük olmadığı kimi, bilik də yük deyil, elmin tərkibində nurdur. Ortaya işığını çıxarar. İşıq işığam, nuram, parıldayıram deməyə ehtiyac duymaz. Sadəcə görünər, bilinər ki, o işıqdır.
Bilik səni hikmətə çatdırmayıbsa əgər,
Onda bildiklərinin sənə nə xeyri dəyər?
Bilikdən üstün olan üstünlük şüurudur. Üstün şüura bağlanmaq şüur halına, səviyyəsinə əsaslanar. Məsuliyyət-hadisələrdə şüurun sürəti, keyfiyyəti qədər olur. Şüur sürətlənib yüksəldikcə QƏDƏRİN yaratma sürəti də artar. Bu, sözün də məsuliyyətidir. “OL!” deyəndə olur...
Müsbət düşüncə ilə şəfa vermək olur. Mənfi düşüncə isə xəstəlik törədicidir. İlahi lütflərin sonsuz gözəlliyindəndir ki, düşüncə saniyədə zamanımızda 2 milyon 800 min km sürətdədir. Bu mənada səs də, söz də daşıyıcıdır. Fikiryaymanın isə zövqü başqa... Düşüncə özgürlüyü necə sevirsə, insan zindanda da özgür düşünür. Xəyal qurmaq beyni gücləndirir. Fikir adamları insanların fikir sistemini genişlədib, beyinləri kiçilməyə qoymur və düşünülür ki...
ŞÜURUN SÜRƏTİ YETƏRLİ ARTARSA, QLOBAL SUALLAR NİKBİN CAVABLANDIRILA BİLƏR
Asılılıq yaratmağın dərinliyə işlənməsi davam edir. Dünyanın dəbdəki ünlü isimlərindən Bilqeytsin altıncı hissi yönləndirmədə zehin kontrolu layihəsinin patentini alması xəbəri yayıldı. Bu adam qollarını qlobal çalışqanlıqla çirmələyib. Hərəkətliliyi, Türkiyəyə həm ziyarət, həm ticarət, həm də siyasət maraqları ilə gəlişlərindən də seçilir. Düşüncənin özıəlləşdirilməsi mümkün olmadığına görə dolayı nəzarət şəbəkəsimi gücləndirilir? Dünya bilik informasiya sistemi qlobal kəşfiyyatın nəzarətinə qlobal tərzdəmi alınır?
Qlobal tibb də yaranır. 5-6 “qe” indeksli frekans (səs tutrəyişləri) üzərindən hələ nələr olacağını zaman göstərəcək. Son minillikdə olmayan yeniliklərə son 10 ildə dünya şahidlik edəcək. Yer hadisələri təbii ki, göylərdə də nüsxələnir. İnsan beyninin hüdudsuz imkanları təkanverici təsirləri ilə texnologiyada ağlagəlməzlikləri ağla gətirəcək. Qavrayış və idrak yüksələcək ki, bağlantı surəti ilə hadisələri bir-birinə bağlamaqla əlaqələndirmələr yarana bilsin. Dəyişikliklərin səbəbləri, niyyətləri aydınlanmalıdır ki, nəticələr heç olmasa ağrıdıcılığını azaltmış olsun. Çünki yeniliklər qurbanlar, tələfatlar da doğuracaq. Və doğuracaqsa heç olmasa nəyin naminə, sualı da doğar. Oyanış hərəkatları, sorğulamlalar prosesi təbii ki, növbəti mərhələyə keçəcək. Ağrılar, acılar cavab reaksiyaları doğurmaya bilməz. Hazırda qlobal ssenarilərin pərdə arxasının deşifrə edilməsi prosesi təqibediciliyini xırıltılı səsi ilə olsa da sürdürür. İstər-istəməz proses sürətlənəcək. Fərqli yasaqlamalar, göz qırmalar əks effektlər yaradacaq. Aşağılanmalar dərindən anlaşıldıqca dünya üzrə SOSİAL TƏSİR PRİNSİPİ miqyasını böyüdəcək. Bəşəri qəzəb dalğaları fərqli parametrlərə paylanıb, parçalanacaq. Bəs sonra? Sonranı dünyanın aydınlanma dərəcələri, nisbətləri, miqyasları və buna qarşılıq qlobal təsirlər bəlirləyəcək. Təbii ki, ehtimallar, sezgilər xeylidir. Əsas odur ki, risklər hesablamalarla uyğunsuz olmasın. Uyğunsuz risklər kütləvi dağıdıcılığa nəzarətdən çıxan xaosa aparar. Fərqli xaos nəzəriyyələri zamanında bəşəriyyət fərqli şüura sahiblənəcək ki, basqılar qarşısında fərqindəlik göstərə bilə. Hər şeyə qara eynəkdən baxaraq, dəyərləndirmək ağ olar. Hər gecənin işıqlı sabahı da olmamış olmur. Qaradan başqa rənglər də, çalarları, tonları da var. Əlbəttə, yenilik köhnəliyi sökməli, dağıtmalıdır. Bir şərtlə, yeniliyin təməlləri möhkəm, sağlam olmuş ola. Şok terapisi ilə pandemiya qlobal dünya düzəninin abzasını şübhəli başladı. Məlum oldu ki, bəşəriyyətə nifrət enerjisi sırınıb. Təbii ki, yeniliklər öz qavramlarını, sözcüklərini də gətirir. “Yeni normal”, “onlayn təhsil”, “üst ağıl” və sairələr kimi... İnsanlar düşünür, ağıl şeytani deyil, rəhmani lütfdür. Belə olan halda şeytaniliyin ağlı necə üst ola bilir? Onda bunu düşünən bəşəriyyətə qarşı da sual doğur. Məgər adını İslam-xristian və digər din mənsubu qoyub, yüz illərcədir sadəcə, qaraguruh olmaqdan o yana keçdimi bəşəriyyət?
Tarixin indiki və yeni mərhələləri sözün bitdiyi deyil, yeni hərəkatlarla, yeni deyilişlərlə söyləniş mərhələləri olacaq.
KÜTLƏVİ YIXIMLAR KÜTLƏVİ OYANIŞLARI DOĞURACAQ
Qlobalizm bilir ki, məlum iddiasında qalib gəlmək üçün bəşəriyyətin güvəndiyi gücü və özünümüdafiə qabiliyyətini almalıdır. Buna görə də Dövlətlərin İdarəetmə Mexanizmi dünyanın böyük təsirli təşkilatlarının tabeçiliyinə çox-çox öncələrdən bağlanılıb. Həmin təşkilatlar da qlobal maliyyə, fonlanma və sair təsirlər, təzyiqlər asılılığında... Xalqlar, millətlər isə BÖYÜK OYUNDAN kənar vəziyyətdə... Deməli ulus dövlətlər maliyyə böhranlarının və digər müxtəlif təsirlərin vasitəsilə ramedilməyə açıqdır. Alternativləri ya yox, ya da çox zəifdir müqayisədə. Dövlət marağı ilə “yeraltı” maraqlar seçimində “yeraltı” marağın qəbulu şərtsiz mütləqdir. Təfərrüata nə ehtiyac? Ulus dövlətlər qlobalizmin məqsədlərinə və ya məqsədlərinə yaxınlaşmağa xidmətdən uzaqlaşa bilməz. İstisna təbii ki, istisnadır. Əlbəttə, razılaşma olmasa, istisnalar da cəza doğura bilər.MƏTLƏB QLOBAL PASLAŞMADADIR.
Dünya məntəqələrinin durumlarındakı gerçəkləri olduğu kimi qəbul etmək gərəkdir ki, dəyərləndirmələr də olduğu kimi görünsün. Nümunə faktıdır: Qarabağ valı o üz bu üzünə qoyulub erməni, rus, fars və sair dillərdə illərcədir oxudulur. Ağrı, acısı, iniltili melodiyaları türk (Azərbaycan) dilində dinlənilir. Qorxaqlaşmaq qorxuludur. Qorxaq toplum insanlarını da nəfər-nəfər qorxulu duruma salar. Qorxunu böyüdəndə xilasedicilik və sevgi hüceyrələri də yox olur, ölür və ya öləziyir. Yaxşılıqda inkişaf olursa, yamanlıqda da olur. Anlamaq üçün anlama halını yaşamaq yetər.
ALLAH ALLAHCA BİLƏR, QULLARI QULLUQ QƏDƏRİ...
QORXUMANİYA mövzusunda allaqorizm davam edir. Türk dünyasının “göz muncuğu” Uğur Şahin, Özləm Turaçı cütlüyü deyilənə görə yeni aşı (vaksin) tapıb. Qorxu pandemiyasının virusları... Daşıyıcıları, həm də ötürücüləridir. Haqq başqa, tərif başqa, irad başqa... Qlobalistlər həqiqətən məqsədləri istiqamətində qlobal-standartlar xaricində düşünür. Tutuquşular isə buyrulan tərzin məhdudluğunda.
Anadolu türkləri get-gedə daha çox anlayır ki, çoxsaylı səbəblərdən dirənişə məhkum ediliblər. Qlobalizm unutqan türklərə türklüklərini unutmağı unutmağa qoymayacaq. Baxmayaraq ki, dərdlərini dünyaya yetərincə duyura bilməyiblər. Bu səbəbdən bəşəriyyət Türkiyənin dünya hədəfində bir nömrəli ölkə olmasından xəbərsizdir. Coğrafi, tarixi, ədalətli mövqeyinə görə Türkiyəyə qarşı həmişə dünyanın müxtəlif maraq dairələrinin birləşmiş qaralama kampaniyası sürdürülüb və davab edir.
“Feto” projesi Türkiyəni içindən çökdürüb, passivləşdirdi. Şantajları da kütləviləşdi. Aşkarlanmalardan sonra “Feto”çuluq dərisini, şəklini, qabığını dəyişdi. Türkiyə mübariz, yenilikçi izahlarla-mizahlarla, analitik düşüncələrin həqiqətləri ilə hayqırır. Ölkədə bilikli, elmli, ağıllı adamlar çoxdur. Gerçəklik bu ki, 10 illərdir Türklər birləşmiş millət ağlını Türkiyə əleyhinə yönlənən proseslərə qarşı qoya bilmir. Çəkingən ruh haləti yaşamağa məcbur edilən Türkiyə sosial ictimai həyata ehtiyatla, “sayınca” baxır. Yalnız fərqli ziyalılar nöqtə atışları ilə vibrasiya yaradıb 80 milyonluq cümhuriyyəti kütləvi hipnozdan qoruya bilir. Ümumən türklükdə olan inanıb, aldanmaq təbiəti Anadolu Türklərinə də xasdır. Onlayn davranışlar bəşəriyyətin tərkib hissəsi kimi Türkləri də yeni normallığa yoluxdurma təşəbbüslərində israr edir. Zaman ona gətirəcək ki, nə qədər gec olsa da Türklər çoxsaylı əleyhdarlarını cəsarətləndirən iç xainlərindən təmizlənmə məcburiyyətində qalacaq. Bax buna görə də Türkiyə çöldən quşatılma, içəridən də xaosla, qarışıqlıqla hədələnir. BÖYÜK İXTİRAÇI DAHİ NİKOLA TESLA deyirdi: “TÜRKLƏR ŞƏFƏQ DOĞMADAN ÖNCƏLƏRİ DƏ SEZMƏYƏ QABİLİYYƏTLİDİR”. Yeri gəlmişkən Atatürk olmasaydı, Atatürkü bu qədər haqsız tənqid edənlər necə var olacaqdı? Bilmirəm.
İki Mustafa var çox, fərqli, böyük.
Biri Məhəmməddir, biri Atatürk.
Anadolu türkləri yeni dünyadan çox İlahi düzəni düşünür. İblisə Qiyamətə qədər möhlət verilib. Yaradan isə sonsuz! Sonsuzun sonda öncədən qalibiyyəti bəllidirsə, bəşəriyyətin təlaşa nə ehtiyacı? Əlbəttə, aksiomanın sübuta ehtiyacı olmur. Təvəkkülün tədbirə ehtiyacı olur.
ALLAHIN YOLUNDAN AYRILANLARIN BAŞLARI DƏRDLƏRDƏN AYRILARMI? BİLMİRƏM...
Pislik - sahiblərinə dönüləsi təsirdir.
İntiqam məhəbbətdən geri qalmır, nə sirdir?
Uzun minilliklərdir bilinməyir heç sonu,
Özünəmi bağlayıb Bir Gizli Qüdrət onu?
P.S.
Ən ülvi gözəlliyə zəmin ünsürü sözdür,
Haqdan yönəlib, Haqqa dönüb getməsi düzdür.