Bildiyimiz kimi, uzun illərdir Azərbaycanın maşın bazarına daha çox Gürcüstandan ikinci əl maşınlar daxil olur.
Həmin avtomobillərin bir çoxunun (əzilmiş, hava yastıqları açılmış, suya düşmüş və s.) Amerikadan Gürcüstana çox ucuz qiymətə gətirildiyi, oradakı ustalar tərəfindən təmir edildiyi və Azərbaycan alıcısına satıldığı da heç kəsə sirr deyil. Yəni avtomobil alıcılarının bir çoxunun ikinci əl avtomobil almağa olan marağı da onların təzə avtomobillərin qiymətindən bir qədər ucuz olması ilə əlaqədardır
Qeyd edək ki, həmin avtomobillərin alış qiymətinin və təmirininə çox ucuz başa gəlməsinə baxmayaraq, ölkəmizə heç də ucuz qiymətə gətirilmir, həmçinin yerli alıcıya satılarkən də çox baha qiymətə satılır.
***
Bu ilin iyul ayında ötən ilin eyni dövrü ilə müqayisədə, Gürcüstandan təkrar avtomobil ixracı 2 dəfə artıb.
Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb. Məlumata əsasən, 2021-ci ilin iyul ayında ölkədən 42,9 milyon ABŞ dolları dəyərində 5946 avtomobil çıxıbsa, bu il 101,4 milyon dollar dəyərində 9172 avtomobil satılıb.
Statistika Xidməti təkcə iyul ayında Gürcüstanın ən çox avtomobil satdığı 10 ölkənin siyahısını təqdim edib. Siyahıya nəzər saldıqda da görürür ki, Gürcüstandan avtomobil gətirən ölkələr sırasında öncüllük nümayiş etdiririk…
- Azərbaycan - 30,3 milyon ABŞ dolları dəyərində 2 652 ədəd avtomobil;
- Ermənistan - 18 milyon dollar dəyərində 1449 ədəd avtomobil;
- Ukrayna - 28,9 milyon ABŞ dolları dəyərində 2815 ədəd avtomobil;
4. Rusiya - 8,2 milyon ABŞ dolları dəyərində 580 ədəd avtomobil;
- Qazaxıstan - 4,7 milyon ABŞ dolları dəyərində 486 ədəd avtomobil;
6.Qırğızıstan - 4,6 milyon ABŞ dolları dəyərində 773 ədəd avtomobil;
7.Belçika - 1,5 milyon ABŞ dolları dəyərində 55 ədəd avtomobil;
- Belarus - 1,3 milyon ABŞ dolları dəyərində 44 ədəd avtomobil;
9.Tacikistan - 1,1 milyon ABŞ dolları dəyərində 224 ədəd avtomobil;
- Almaniya - 870 min ABŞ dolları dəyərində 14 ədəd avtomobil.
Y.MƏMMƏDLİ