Azərbaycan xüsusi xidməti Ermənistanın “Viva MTC” mobil operatorunun nömrələrindən istifadə edirmiş…

Ermənistanın ən böyük mobil operatoru yenidən ciddi tənqidlərlə üzləşib.

Belə ki, "Joxovurd" qəzeti yenidən “Viva MTC” operatorunu mobil nömrələri Azərbaycan xüsusi xidmət orqanlarına və Azərbaycan vətəndaşlarına satmaqda ittiham edib.

Bunu  “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü Osman Gündüz bildirib.

O, qeyd edib ki, səhmləri Rusiyaya məxsus olan, Ermənistanın ən böyük mobil operatoru “Viva MTS” isə yazılanları təkzib edir.

“Ermənistan xüsusi xidməti də qəzetin iddiasının doğru olmadığını, mobil nömrələrin Azərbaycan pasportu olan şəxslərə satılmadığını və ya hansısa kiber hücumla ələ keçirilmədiyini bildirib”, -deyə bildirib.

Osman Gündüz ötən illər ərzində də bu tip iddiaların Ermənistan mətbuatında yer aldığını və hər zaman olduğu kimi, təkzib olunduğunu da xatırladıb.

“O zaman, Ermənistan Təhlükəsizlik Xidməti Azərbaycan tərəfindən aparılan bu tip fəaliyyətin üstünün açıldığını bildirmişdi”, - o, vurğulayıb.

Onun sözlərinə görə, indi də “Viva MTC” cəmi iki mobil nömrənin sosioloji sorğu keçirən hansısa şirkətlərə satıldığını bildirib.

“Hansı ki, qəzetin iddiasına görə, məhz bu nömrələrlə Ermənistan vətəndaşlarına zənglər edilib, onlarla Ermənistanda və orduda olan vəziyyətlə bağlı sorğular aparılıb.

Qəzet Azərbaycan xüsusi xidmətini Ermənistanın mobil operatorlarına məxsus telefonlardan istifadə etməklə bu ölkəyə qarşı "şpionajlıqda" ittiham edib”, - deyib.

Ermənistan mətbuatında yenə bilərəkdən yalan tirajlanır, böhtan atılır – həmişə olduğu kimi…

 

Y.MƏMMƏDLİ  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN