Son zamanlar yeni növ kiberhücumlarla qarşılaşırıq.
"WhatsApp"da kiminsə sizi izlədiyini düşünür və bundan narahatlıq hissi duyursunuzsa, bunun üçün nə etməlisiniz?
1. "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun.
2. Növbəti ekranda "Əlaqələndirilmiş cihazlar" xanasını seçin
3. İndi "Cihaz əlaqələndirin" xanasının aşağı hissəsində görə biləcəksiniz, kim sizi izləyir. Dərhal yazının üzərinə sıxın və oradan çıxış edin.
Daha sonra ekran kilidi aktiv edin.
1. "WhatsApp"ı yenidən açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. “Parametrləri” seçin.
2. Növbəti ekranda "hesab" xanasını seçin.
3. İndi "Məxfilik" xanasını seçin.
4. Ekranı aşağıya doğru sürüşdürün.
5. Daha sonra “Barmaq izi kilidi” aktiv edin.