Qazaxıstan Respublikası 2023-cü ilin aprel ayının nəticələrinə görə, internet sürəti üzrə ölkələrin reytinq siyahısında 11 pillə yüksələrək Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Mərkəzi Asiya ölkələrinin hamısını qabaqlayıb və 72-ci yeri tutub.
Siyahıda Ermənistan 80-ci, Qırğızıstan 83-cü, Rusiya 89-cu, Özbəkistan 104-cü, Belarus 126-cı, Tacikistan isə 129-cu yerdə qərarlaşıb.
Ümumilikdə, Qazaxıstanda internet sürəti il ərzində 47,9% artıb: 2022-ci ilin aprelindəki 20,7 Mbit/s-dən 2023-cü ilin aprelində 30,62 Mbit/s-ə qədər. Ermənistanda isə internetin sürəti 26,25 Mbit/s, Qırğızıstanda 25,83 Mbit/s, Özbəkistan və Tacikistanda müvafiq olaraq cəmi 20,9 və 11,38 Mbit/s təşkil edib.
Ən pis göstəriciləri Tacikistanın üç mobil operatoru - MegaFon, ZET-MOBILE və Tcell nümayiş etdirib.
JASMİN