Rusiyanın Sankt-Peterburq beynəlxalq əmtəə-xammal birjasında "Aİ-95" markalı benzinin qiyməti növbəti dəfə rekord vurub.
Xarici mətbuat xəbər verir ki, bu gün benzinin hər tonunun qiyməti 0,6 % artaraq 60,18 min rubl (1 402 manat) təşkil edib.
Bundan əvvəlki rekord bu il iyulun 22-də qeydə alınıb. O zaman bu markadan olan benzinin dəyəri bir ton üçün 60,03 min rubl (1 399 manat) olub. “Aİ-95”-in qiyməti növbəti dəfə sentyabrın 15-dən artmağa başlayıb və həmin vaxtdan bu yana benzin 3,2 % bahalaşıb.