Uzun siyasi-hərbi çək-çevirdən sonra Türkiyə ABŞ-dan F-16 qırıcılarının satın alınması prosesinə başladı...
Qərar qətidir. Bu həmin F-16-dır ki, 44 günlük Zəfər müharibəmizin gedişində ermənilərin yuxusunu ərşə çəkmiş, gecə yatanda yuxuda F-16 görürdülər. Hətta xatırlayırsınızsa, yaxalarını cırıb bağırırdılar ki, guya Azərbaycanın F-16-ları Gorus istiqamətindəki səmada görünüb. Bu bədbəxtlər üzərinə dron bağlanmış "kukruznik"-maskirovka təyyarələrimizi F-16 kimi təsəvvür edirdilər.
 Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO üzv ölkələrinin müdafiə nazirlərinin iclasından sonra deyib ki, Türkiyə F-16 alışında qərarlıdır. Nazir  bildirib ki, təyyarələrin tədarükü ilə bağlı texniki işlər başlayıb: "Biz bu prosesi diqqətlə izləyirik. Türkiyənin güclənməsi həm də NATO-nun müdafiəsinin güclənməsi deməkdir".
Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması ilə əlaqədar F-16 qırıcılarının tədarükü prosesini dayandırmışdı. Atıq ermənilər yuxusunda deyil, Qarabağ səmasında əsl F-16 -ları görə biləcəklər-əgər Azərbaycana qarşı sərt addım atsalar...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN