"Əgər bunlar olmazsa, ödədiyimiz pulların geri qaytarması üçün danışılacaq"
Türkiyə və Amerika Birləşmiş Ştatları Müdafiə Nazirlikləri arasında F-35-lə əlaqədar ixtilafın aradan qaldırılması və maliyyə məsələlərinin danışılması məqsədiylə ikinci iclasın bir neçə ay içində Vaşinqtonda keçirilməsi planlaşdırılır.
Türkiyə KİV-nin məlumatına görə, Ankarada Milli Müdafiə Nazirliyində (MSB) mətbuat məlumatlandırma yığıncağı təşkil edən MSB nümayəndələri jurnalistlərin suallarını cavablandırıb.
Məlumata görə, keçən həftə Ankarada Pentaqondan gələn heyətlə F-35 döyüş təyyarələri mövzusunda aparılan danışıqlarda müzakirələrin davam etdirillməsi lazım bilinib: "İlk yığıncaq keçirildi. Hər iki tərəf öz mövqelərini ortaya qoydular. Bir neçə aya ikinci yığıncağın Vaşinqtonda edilməsi planlanır. Görüşlərdə problemlərin həllinə dair ayrıntılar müzakirə olunur. Türkiyənin F-35 proqramına dönməsilə bağlı biz mövqeyimizi ortaya qoymuşuq: birincisi, F-35 proqramına geri dönmə, ikincisi, təyyarələrin təslim edilməsi. Əgər bunlar olmazsa, ödədiyimiz pulların geri qaytarması üçün danışacağıq".
Xatırladaq ki, Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərini tədarük etməsindən sonra Türkiyə ABŞ tərəfindən “F-35” proqramından kənarlaşdırılmışdı.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük səfərindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada, F-35 təyyarələri üçün 1 milyard 400 milyon ABŞ dolları ödənildiyini söyləyib.
TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ