"Gələcəkdə internet televiziyaların da monitorinqə cəlb olunması nəzərdə tutulur".
Bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib.
Onun sözlərinə görə, internet televiziyaların fəaliyyətində də ciddi nöqsanlar var.
"Azərbaycan dilinin saflığının qorunması qarşımızda duran əsas məsələlərdən biridir. Qüsurlar həddən artıq çoxdur və bu çox ciddi məsələdir. Sosial şəbəkələrdə Azərbaycan dilinin tətbiqinə ciddi şəkildə nəzarətə başlayanda, təbii ki, internet televiziyalar da monitorinqə cəlb olunacaq", - deyə qurum rəhbəri bildirib.
E.ŞİRİNOV