Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün onlayn formatda iclası keçirilib.
Şuradan verilən xəbərə görə, iclasda kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb.
Şuranın müvafiq qərarları ilə "Beeonline" ASC-yə və "StarTelekom" MMC-yə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu kabel və internet olmaqla) üçün müddətsiz lisenziya, "ArtKom.Net" MMC-yə, "Real Telecom" MMC-yə və "Fast Net Technology" MMC-yə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) üçün müddətsiz lisenziya verilib.
E.ŞİRİNOV