Separatizm dünyanın çox ağır problemlərindən birinə çevrilib. Ayrı-ayrı ölkələrdə əksərən kənar qüvvələr tərəfindən qızışdırılan bu konfliktlər dövlətlərin və xalqların inkişafı yolunda da böyük maneələrə çevriliblər.

İdarəolunan bu bəladan ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Erməni separatçılarının ölkəmizin ayrılmaz hissəsi, beynəlxalq aləmdə rəsmən ölkəmizin tərkib hissəsi kimi tanınmış Qarabağı 30 ilə yaxın bir müddətdə işğal altında saxlaması və bu qədim yaşayış məskənimizi talan etməsi, xarabalığa çevirməsi separatizmin əsl mahiyyətinin açılmasında ən təsirli vasitədir. Separatizm necə yaranır və separatizm hansı nəticələri ortaya qoyur? Bu iki sualın hər birinə Qarabağdakı durum birbaça əyani şəkildə cavab verməkdədir. Görünür, Qarabağ hələ çox araşdırmaların, dissertasiya işlərinin mövzusuna çevriləcək.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya komissiyasının qərarı ilə yaradılmış birdəfəlik doktorluq müdafiə şurasında doktorant Bayramov İmdad Mustafa oğlunun “Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri” mövzusunda doktorluq dissertasiyası açıq müzakirəyə təqdim edilmişdir. Dissertasiya müzakirəsi açıq keçirildiyi üçün diqqətimizi cəlb etmişdir. Müdafiə şurasında Pisixologiy üzrə elimlər doktoru adına layıq görülmək üçün Onlayn keçirilən müzakirəni diqqətlə dinləmə imkanı yarandı.  Müdafiə zamanı müdafiəçinin rəsmi opponentləri Ukrayna  vətəndaşı, psixologiya elimlər doktoru, professor Qornostay Pavel Petroviçin çıxışı, Rusiyadan psixologiya elmləri doktoru, professor Tovvu Natalii Oyunovnanın çıxışları diqqətimizi cəlb etmişdir. Elmi iş də elə bu erməni barbarlığının dünyaya çatdırılması baxımından xüsusi çəkiyə malik bir iş idi. Dissertasiyanın müəllifi, psixologiya elmləri doktoru İmdad Bayramovu təbrik etməklə yanaşı, onun ümummilli mənafeyimizi əhatə edən işinin mahiyyətinin bəzi detallarını da ictimaiyyətə çatdırmaq istədik.

İmdad Bayramov bildirdi ki, bu mövzuya xüsusi həvəslə müraciət etməsi səbəbindən hətta araşdırmalarına elmi məsləhətçi də səlb etməyib: “Mənim elmi məsləhətçim olmalıydı əslində. Lakin mən elmi məsləhətçi seçməmişəm. 14 ildir – 2007-ci ildən bu dissertasiya işinin üzərində işləyirəm. Nəhayət, şükürlər olsun ki, onu başa çatdırıb müdafiə elədim.

Elmi Şuranın sədri psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva, eyni zamanda professorlar Səməd Seyidov, Rəna Qədirova, Elnarə Şəfiyeva, psixologiya üzrə fəlsəfə doktorları İrana Məmmədli, Gülnarə Şəfiyeva müdafiədə iştirak edirdilər. Müdafiəm çox yüksək səviyyədə baş tutdu və qəbul olundu”.

İmdad Bayramovun  opponentləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Psixologiya kafedrasının professoru Ərəstun Baxşəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, psixologiya elmləri doktoru Gülnarə Qurbanova, Ukraynadan Qornstay Pavel Petroviç və Tovvu Natali Oyunovna idilər. Yeri gəlmişkən, Ukraynalı professor Pavel Petroviç dünyada və xususi ilə Azərbaycana qarşı seperatizm haqqında çox yüksək səviyyədə tarixi bir çıxış etdi.

“Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri” çox dərin araşdırmalardan keçməklə separatçılığın ümumən sosial-psixoloji aspektlərini araşdırıb. Bununla yanaşı, müəllif vaxt itirmədən separatçılığı Qarabağ münaqişəsinin konturlarına yönəldərək Azərbaycan və dünya ictimaiyyətinin ixtiyarına bu mövzuda geniş bilgiləri verə bilib. Separatizm-ermənilik-Qarabağ və regionda Azərbaycan adlı aparıcı, tolerant, sülhpərvər bir ölkənin mövcudluğunu dünya ictimaiyyətinin nəzər-diqqətinə çatdırır. Ümumilikdə çox sanballı bir tədqiqat əsəri olan “Qloballaşma şəraitində seperatizmin sosial-psixoloji məsələləri” elmi işi yaxın zamanlarda tələbə auditoriyalarının ixtiyarına veriləcəkdir. Bu tipli araşdırmaların davamlı olması isə bütövlükdə cəmiyyətimizdə əhəmiyyətli məlumatlar çatdırmaqla ölkə əhalisini maarifləndirəcəkdir.

"Təzadlar" ailəsi adından İmdad Bayramovu təbrik edir, ona daha böyük elmi yaradıcılıq uğurları arzulayırıq.

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN