Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər də analoji əməlinə görə məhkum olunmuş 38 yaşlı E.Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, onun üzərindən və evindən 2 kiloqramdan çox tiryək, marixuana və metamfetamin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, E.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
R.XUDATQIZI