İRAN HÖKUMƏTİ TƏCİLİ İCLAS KEÇİRƏCƏK
İran hökuməti İslam Respublikasının prezidenti İbrahim Rəisinin vəfatı xəbərindən sonra fövqəladə iclas keçirəcək.
İran hökuməti İslam Respublikasının prezidenti İbrahim Rəisinin vəfatı xəbərindən sonra fövqəladə iclas keçirəcək.
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həlak olub.
İranın vitse-prezidenti Möhsün Mənsuri İslam Respublikasının rəhbəri İbrahim Rəisinin helikopter qəzasında öldüyünü təsdiqləyib. İran Prezidenti İbrahim Rəisi və onu müşahidə edən heyətin hamısı helikopter qəzasında həlak olub.
Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisinin sərt eniş edən vertolyotu ilə bağlı vəziyyəti ilk başdan izləyir.
Türkiyənin Milli Müdafiə Nazirliyi İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəza enişi etdiyi bölgədə aparılan axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qonşu ölkəyə hərbi helikopter və pilotsuz uçuş aparatı göndərib.