ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək səviyyəli rəsmilərinin də daxil olduğu Amerika nümayəndə heyəti Ermənistanın paytaxtı İrəvana gözlənilməz səfərə gəlib.

Nümayəndə heyətinin İrəvana gəlməsi faktını “EuroPravda”nın Ermənistan rəhbərliyinə yaxın mənbəsi təsdiqləyib.

Lakin həmin şəxs MKİ rəhbərinin nümayəndə heyətinin üzvləri arasında olması və onun səfərinin məqsədi ilə bağlı dəqiqləşdirici suala cavab verməkdən imtina edib.

Bundan əvvəl Rusiyanın “İnterfaks” xəbər agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ kəşfiyyatının rəhbəri Uilyam Berns cümə günü bir neçə saatlıq İrəvana səfər edib.

Qeyd edək ki, rəsmi İrəvan və ABŞ-ın Ermənistandakı səfirliyi “Azadlıq” radiosunun erməni bürösunun sorğusuna cavab olaraq Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin İrəvana gəlməsi ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib ediblər.

Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən bildiriblər ki, hazırda Bernsin səfəri ilə bağlı onlarda məlumat yoxdur.

ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidməti MKİ rəhbərinin Ermənistana səfəri ilə bağlı xəbərə münasibət bildirmədiklərini, eyni zamanda Bernsin İrəvanda olduğunu inkar etmədiklərini bildirib.

 

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN