Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Cəlilabad rayonundan paytaxt ərazisinə satmaq məqsədi ilə külli miqdarda narkotik vasitə gətirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Vüqar Bayramov tutularaq Polis İdarəsinə gətirilib. Onun əlindəki idman çantasına baxış zamanı 2 ədəd bağlamada qablaşdırılan ümumi çəkisi 4 kiloqram olan narkotik vasitə heroin aşkar edilib. Həmin şəxs heroini 26 min manata sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacirlərin birindən onlayn yolla aldığını və satmaq məqsədi ilə paytaxta gətirdiyini bildirib. Faktla bağlı Vüqar Bayramov barəsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vüqar Bayramovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN