Ötən həftə ABŞ Konqresi Nümayəndələr Palatası ukraynalı pilotların Amerika qırıcılarında təlim proqramının maliyyələşdirilməsini təqdir edib. Bu məqsədlə 100 milyon dollar ayrılıb. Qanun layihəsi hələ Senat tərəfindən təqdir edilməli və prezident tərəfindən imzalanmalıdır.
Bu barədə Bi-Bi-Si xəbər verir.
Qanun layihəsinin müəllifi, konqresmen Adam Kinzinger hesab edir ki, Prezident Administrasiyası Ukraynaya belə təyyarələrin verilməsi məsələsini həll etdiyində qanun layihəsi ukraynalıları F-15 və F-16 qırıcılarında uçmağa öyrətməyə imkan verəcək.
Ekspertlərin sözlərinə görə, hərbi təyyarələr Ukraynaya ondan ötrü lazımdır ki, Ukrayna Silahlı Qüvvələri hücuma başlaya bilsin - aviasiya dəstəyi olmadan bunu etmək çətin olacaq.
ABŞ Hərbi Hava Qüvvələrinin komandanı general Braun bildirib ki, ABŞ Ukraynaya yeni Qərb təyyarələrilə öz hərbi hava qüvvələrini möhkəmləndirməyə kömək etmək imkanlarını nəzərdən keçirir. O deyib ki, bu, təkcə F-16 yox, Fransa, İsveç və ya digər təyyarələr ola bilər.
Ukraynada hesab edirlər ki, ölkənin aerodromları Amerika F-16-larını qəbul etməyə hazır deyil. Bu barədə Ukraynanın müdafiə naziri Reznikov bildirib. O həmçinin Kiyevin Avropa qırıcılarını da ala biləcəyini ehtimal edib.
E.ŞİRİNOV