Cari ilin birinci yarısında ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, onlardan bir nəfər prokurorluq orqanlarından xaric edilib, üç nəfər vəzifədən azad edilib, doqquz nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb. İntizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 9-u Baş Prokurorluğun İntizam Komissiyasında, 4-ü isə Etik Davranış Komissiyasında baxılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN