Daxili İşlər Nazirliyi (DİN) polisin xidməti avtomobilində çəkilmiş görüntülərlə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, sosial şəbəkələrdə yayılan həmin görüntülər Şamaxı Astrofizika Rəsədxanasında keçirilən yay festivalında qeydə alınıb. Dünən, yəni festivalın sonuncu günündə iştirakçılar çantaları ağır olduğu üçün ərazidə ictimai asayişi qoruyan polis əməkdaşlarından köməklik istəyiblər və bu səbəbdən xidməti avtomobilə əyləşiblər. Videoda qeydə alınan səslər isə montajdır, sonradan əlavə olunub.

Sosial şəbəkə seqmentlərində həmin görüntülərin reallıqdan kənar başlıqlarla yayılması ictimai fikri çaşdırmaq məqsədi daşıyır.
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN