Gəncə Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən Vətən müharibəsi qazisi Müşfiq Vəliyevin işi üzrə məhkəmə prosesi başa çatıb.

Tezadlar.az xəbər verir ki, səhhətindəki problemlərə görə dünyasını dəyişən M.Vəliyevə ölümündən sonra bəraət verilib.

İttihama görə, M.Vəliyev Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Cinayət işinin materiallarında iddia olunur ki, saxlanılanda üstündən 6 qram marixuana, 4.3 qram heroin tapılıb. Ona CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham verilmişdi.

 Səhhətindəki problemlərə görə Vəliyev istintaq və məhkəmə dövründə həbsdə saxlanmamışdı. Məhkəmə prosesinin gedişində - 2022-ci ilin yayında Vəliyev vəfat etsə də, onunla bağlı məhkəmə prosesi davam etdirilib. Gəncə Ağır Cinayətlər Məhkəməsi isə ölümündən sonra onun barəsində bəraət hökmü çıxarıb.

trend
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN