ABŞ Ukrayna ərazisindən Polşa və Baltikyanı ölkələrin kimya və əczaçılıq müəssisələrinə hərbi bioloji avadanlıqlar köçürüb.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin (SQ) Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının (RCBZ) rəisi İqor Kirillov bildirib.
"Ukraynada hərbi bioloji fəaliyyətin məhdudlaşdırılması tədbirləri çərçivəsində ABŞ Polşa və Baltikyanı ölkələrin kimya və farmakoloji müəssisələrinin maddi bazasından fəal istifadə edir, əlavə olaraq Ukrayna ərazisindən oraya avadanlıqlar gətirilib", - Kirillov ABŞ-ın hərbi bioloji fəaliyyətinə aid sənədlərin təhlili ilə bağlı brifinq zamanı deyib.
E.ŞİRİNOV