İstanbulda xəstəxanada partlayış baş verib.
Tezadlar.az CNN TÜRK-ə istinadən xəbər verir ki, partlayış İstanbulda tədris və tədqiqat xəstəxanasında baş verib.
Hadisə aprelin 19-da Ümraniyyə tibb müəssisəsində baş verib.
"Ümraniyyə təhsil və tədqiqat xəstəxanasında qazan partlayıb", - mənbə yazıb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı hələlik məlum deyil. Baş verənlərin digər təfərrüatları da müəyyənləşdirilir.
E.ŞİRİNOV