Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Rusiya Federasiyası ərazisində meşə yanğınları ilə bağlı ötən ilki göstəriciləri aşdığını açıqlayıb.
"İlin əvvəlindən Rusiya Federasiyasının ərazisində ümumi sahəsi 190 min hektardan çox olan 1000-dən çox meşə yanğını qeydə alınıb. Builki yanğınların sayı artıq ötən ilki göstəricilərdən xeyli yüksəkdir. Müqayisəli sayda yanğınlarla onların sahəsi üç dəfədən çox artıb", - nazir videokonfransda Rusiya prezidenti Vladimir Putinə məlumat verib.
E.ŞİRİNOV