Ukraynada respublika ordusuna 40 min əsgər cəlb etmək planlaşdırılır, lakin bəzi məmurlar ehtiyat edir ki, bu qədər səfərbərlik kifayət etməyəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

“Hökumət 40 minə yaxın əsgərin ordunun sıralarına qoşulacağını gözləyir. Lakin rəsmilər bunun kifayət etməyəcəyindən ehtiyat edirlər", - məqalədə deyilir.

Nəşrin məlumatına görə, Ukrayna hakimiyyəti qışda genişmiqyaslı hərbi çağırış kampaniyasına başlayıb.

Bundan əlavə, Ukrayna Daxili İşlər Nazirliyinin nəzdində bir neçə yeni hücum bölmələri yaradılır. Ölkədə orduya çağırışlar davam edir. “FT” qeyd edir ki, hərbi qeydiyyat və komissarlıqlara respublikanın istənilən yerinə çağırış vərəqələri göndərməyə icazə verən qaydalar əvvəllər təsdiq edilib. Bundan əvvəl onlar yalnız qeydiyyatda olduqları ünvanlarda kişilərə verilə bilərdi.

Aprelin 7-də “Fox News” telekanalı Ukraynanın Rusiyanın yaz əks-hücum əməliyyatı üçün xüsusi hərbi əməliyyatının başlamasından bəri ən böyük səfərbərliyə hazırlaşdığını bildirib. Media bu məlumatı Müharibə Araşdırmaları İnstitutunun analitiki Corc Barrosdan alıb. Səfərbərliyin 2022-ci ilin payızını iki dəfə üstələyəcəyi qeyd olunur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN