Başqırdıstanda sərnişin avtobusu və xarici avtomobilin iştirakı ilə ölümlə nəticələnən qəza baş verib.
Bu barədə Rusiya vilayətinin yol polisinin rəhbəri Vladimir Sevastyanov xəbər verib.
Dyurtyuli-Neftekamsk avtomobil yolunda, respublikanın Dyurtyulinski rayonu ərazisindən keçən hissəsində içərisində 14 nəfərin olduğu "Peugeot" markalı avtobus qəza törədib. Onun “Mazda” markalı avtomobillə toqquşduğu dəqiqləşdirilir.
Nəticədə, avtomobilin sürücüsü aldığı xəsarətlərdən dünyasını dəyişib. Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsindən verilən məlumata görə, daha 11 nəfər - 10 avtobus və 1 "Mazda"nın sərnişini müayinə və tibbi yardım üçün xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ilə bağlı təfərrüatlar verilmir.
E.ŞİRİNOV