İstanbulda naməlum şəxslər lideri respublikanın hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan olan Türkiyənin Ədalət və İnkişaf Partiyasının ofisinə atəş açıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə “Daily Sabah” yazır.

Nəşrin məlumatına görə, heç kim xəsarət almayıb. Hadisə yerinə çoxlu sayda polis qrupları göndərilib.

Partiyanın nümayəndələri sosial şəbəkələrdə hücumla bağlı işin baxılmasını məhkəmədə axtaracaqlarını bildiriblər.

Atəş açanların motivləri araşdırılır.

Xatırladaq ki, aprelin 20-də 24 yaşlı gənc prezident partiyasının Adana vilayətində yerləşən qərargahına avtomatdan atəş açıb.

Bundan əlavə, aprel ayında hücum edənlər müxalif Cümhuriyyət Xalq Partiyasının paytaxtdakı qərargahına 7 dəfə atəş açıblar. Hər iki insident itkisiz olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN