Aprelin 24-də gecə saat 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

Qeyd edilib ki, nəqliyyatın hərəkəti mayın 2-də, səhər saat 08:00-dan etibarən bərpa olunacaq.

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci zona Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edən ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı “Yaşayış yerinə giriş icazəsi” əsasında təmin olunur. Həmin icazələrlə təmin olunmaq üçün son gün isə aprelin 28-dir. Xahiş edilir ki, bu prosesdə müvafiq zonalarda yaşayan sakinlər nəzərə alsınlar.

F1 trekini əhatə edən küçələrdə isə tam məhdudiyyət tətbiq olunduğu müddət ərzində köməkçi yollarla hərəkət DYP əməkdaşları tərəfindən 24 saat ərzində tam gücləndirilmiş qaydada təmin olunacaq.

Paytaxtın cənubundan mərkəzə doğru, yəni Azneft və Neftçilər dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla 20 Yanvar və ya Yeni Yasamal ərazisindən keçməklə, eyni zamanda 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar üçün isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə hərəkət etməklə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.

Sürücülərdən və paytaxt sakinlərindən mərkəz istiqamətinə şəxsi avtomobillərdən maksimum az istifadə etmək, əsasən ictimai nəqliyyata üstünlük vermək xahiş olunur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN