Qərb bu ilin payızında Ukraynanı Rusiya ilə danışıqlara razı salmağa başlamağı planlaşdırır.
Tezadlar.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri yazıb.
“Bir çox ukraynalılar (əgər bu ssenari reallaşarsa – red.) özlərini xəyanət edilmiş hiss edəcəklər”, - deyə “The Guardian” yekunlaşdırır.
Bundan əvvəl ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis bildirmişdi ki, rəsmi Vaşinqton Ukrayna ordusunun tamamilə məhv edilməməsi üçün Kiyevi Rusiya ilə danışıqlara məcbur etməlidir. Hərbçilər vurğulayıblar ki, Ukraynanın qələbəsi üçün heç bir variant yoxdur.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski ötən ilin sentyabrında Rusiya ilə danışıqların mümkünsüzlüyünü bildirən fərman imzalayıb. Vladimir Putin də öz növbəsində qeyd edib ki, Moskva heç vaxt dialoqdan imtina etməyib. Onun sözlərinə görə, Kiyev “danışıqlar aparmağı özünə qadağan edib”. Putin bu yanaşmanı “bir qədər qeyri-adi” adlandırıb.
E.ŞİRİNOV