Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından daha bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Tezadlar.az Fövqəladə Hallar Nazirliyinin rısmi saytına istinadla bildirir ki, Biləsuvarda hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib. Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN