Bolqarıstanın baş prokuroru İvan Qeşev bu gün keçirdiyi brifinqdə istefa verməkdən qəti şəkildə imtina edib.
"Bazar ertəsi məndən istefa verməyi, ehtiyatlı davranmağımı istədilər, əks halda, kimsə bəzi videoçarxlar göstərməyə başlayacaq, onlar da mənim ailəmi xatırladılar", - deyə Qeşev bildirib və bundan sonra istefa ərizəsini göstərib və onu cırıb.
"O, hər zaman Bolqarıstanın maraqları və vətəndaşlarının təhlükəsizliyi üçün çalışıb. Ola bilsin ki, səhvləri olub, amma bilərəkdən heç nə etməyib", - o deyib.
Baş prokuror onun istefası tələbini dəstəkləmək üçün prokurorluğa və Ali Məhkəmə Şurasının üzvlərinə görünməmiş siyasi təzyiqlər edildiyini bildirib.
Bundan əvvəl Bolqarıstanın baş naziri vəzifəsinə namizəd Mariya Qabriel məhkəmə hakimiyyətinin nüfuzuna vurduğu zərərlə əlaqədar respublika prokurorunun vəzifəsindən uzaqlaşdırılmasının zəruriliyini bəyan edib. Bundan sonra Ali Məhkəmə-Hüquq Şurasının Prokurorluq Kollegiyasının 6 üzvü baş prokurorun istefasını tələb edib. Müxtəlif vaxtlarda ölkənin demək olar ki, bütün aparıcı siyasi partiyalarının nümayəndələri, eləcə də dövlət başçısı Qeşevin istefasını tələb ediblər.
Brifinqin sonunda Qeşev istefaya çağırışları dəstəkləyən müavini, Milli İstintaq Xidmətinin direktoru Borislav Sarafovun istefasını tələb edəcəyini bildirib.
E.ŞİRİNOV