Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Avropanı ölkəsini ABŞ-a iqtisadi alternativ kimi nəzərdən keçirməyə çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

"Bu ay Kiyev, Varşava, Berlin, Paris və Brüsselə səfər edən diplomat Li Hui Avropa hökumətlərini Çinə Vaşinqtona iqtisadi alternativ kimi baxmağa çağırıb", - nəşr xəbər verir.

Mayın 26-da Li Hui Moskvaya gəlib və orada Rusiya Xarici İşlər Nazirliyinə baş çəkəcək və Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə edəcək. Bu danışıqlar Çinin xüsusi nümayəndəsinin Ukrayna, Polşa, Fransa, Almaniya və Belçikaya səfəri zamanı sonuncu olacaq.

Bundan əvvəl Li Hui ilhaq edilmiş bölgələri saxlamaqla Rusiya ilə barışıq əldə olunmasını müdafiə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN