Hüquq müdafiəçiləri: "Moskvada çağırışçılar birbaşa evlərindən qaçırılır və müharibəyə aparılırlar..."

Rusiyanın Ukraynadakı lazımsız hərbi əməliyyatları və müharibəsi ölkə daxilində ciddi sosial narazılığı artıqmaqdadır... Belə ki, öz iradəsi əleyhinə və kobud fiziki güc tətbiq etməklə evə qanunsuz daxil olma, hədələmə, döymə, hərbi komissarlığa çatdırma.. davam edir. Sonra rəsmi tibbi müayinə və toplama məntəqələrinə təcili göndəriş verilir... Moskva çağırışçılarının bugünkü gündəlik həyatı belədir. Tezadlar.az Rusiyanın müstəqil KİV-lərinə istinadla bildirir ki, vəziyyət getdikcə kritik hal alır. “Hərbi Xidmətə Şüurlu Etirazçılar Hərəkatı”nın nümayəndələri paytaxtda çağırışçılara qarşı keçirilən reydlər barədə belə məlumat veriblər. Onlar sosial mediada da bildiriblər ki, Moskvada iki gənc - İvan Dubenko və Yevgeni Komarov birbaşa evlərindən qaçırılaraq Preobrajenski və Mitinski hərbi komissarlığına aparılıblar. Orada onların mobil telefonları müsadirə edilib və rəsmi tibbi müayinədən sonra onlar toplama məntəqəsinə göndərilib. Eyni zamanda, Komarovda əvvəllər astma və psixi xəstəlik diaqnozu qoyulmuşdu, o, səhhətinə görə hərbi xidmətə yararsız hesab edilmişdir. Dubenko onurğa xəstəliyindən əziyyət çəkir.
İvan Dubenkonun yaxınlarının dediyinə görə, hərbi komissarlıq onu hərbi bileti imzalamağa məcbur edib, imtina etsə, çubuqla zorlayacaqları ilə hədələyiblər.
Komarov və Dubenko iddia edir ki, toplanış məntəqəsində onlarla belə çağırışçı var, onlardan bəziləri ümidsizdir: Dubenko bildirib ki, onun gözləri qarşısında çağırışçı elektrik cərəyanı ilə intihara cəhd edib.
Hüquq müdafiəçiləri xatırladırlar ki, şəxsi hərbi komissarlığa zorla gətirmək qanunsuzdur. Onlar təhlükəsizlik qüvvələrini evlərinə buraxmamağı tövsiyə edirlər. Qapını zorla açacaqları ilə hədələsələr, 112 və ya prokurorluğa zəng edin. Hərbi komissarlığa getməyin qarşısını almaq mümkün olmadıqda, artıq yerində inzibati xəta haqqında protokolun tərtib edilməsini tələb etmək lazımdır, heç bir halda həkim kabinetlərinə girməməli, kimsə sizin telefon nömrənizi və pasportunuzu ala bilməz. Baş hərbi prokurorluğun saytı vasitəsilə hərbi komissarlıqda məcburi saxlanma və tibbi müayinədən keçməyə məcbur edilməsi barədə şikayət göndərməyə çalışmaq mütləqdir...

Beləcə, müharibə Rusiya cəmiyyətinə daha bir problem yaşatmaqdadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA