Belarus prezidenti Aleksandr Lukaşenko əmindir ki, Qərb respublikada hakimiyyət dəyişikliyi üçün güclü ssenari hazırlayır.

Tezadlar.az BELTA-ya istinadən xəbər verir ki, bunu o, MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 52-ci iclasının iştirakçıları ilə görüşündə deyib.

“Belarusa gəlincə, qeyd edə bilərəm ki, Polşada, Litvada və təəssüf ki, Ukraynada qeyri-qanuni silahlı birləşmələrin üzvləri hazırlanır, bilavasitə ölkədə yatmış ekstremist hüceyrələrin yaradılmasına cəhdlər edilir. Son faktlar bunu sübut edir”, - Lukaşenko bildirib.

Dövlət başçısının sözlərinə görə, Minsk artıq Qərbin planlarını ortaya qoyub və hakimiyyətin devrilməsinə imkan vermək niyyətində deyil.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA