Bir tərəfdən "Azərbaycanla sülh sazişini imzalamağa hazırıq!" deyən Ermənistanın həm də təxribatlarından əl çəkmədiyi göz önündədir...

Belə ki, ötən gün iyunun 4-də, saat 20:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus kvadrokopterin Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin üzərində kəşfiyyat xarakterli uçuş apardığı müşahidə edilib. Tezadlar.az bildirir ki, Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Lakin Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuş həyata keçirməyə cəhd göstərən kvadrokopterin fəaliyyətinin qarşısı alınıb. Eləcə də, saat 18:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuş həyata keçirməyə cəhd göstərən kvadrokopterin fəaliyyətinin qarşısı alınıb.

XXX

Bəli, düşmənin yağlı dilinə və sülh sazişini imzalama yalanlarına uymaq olmaz! Düşmən həmişə oyaqdır və istənilən an təxribatlarından qalmır. Öz mövqelərində daim sayıq dayanan əsgərlərimiz bu təxribatların qarşısını almağa hər zaman hazırdır...
Ramiz ƏHMƏDOĞLU

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA