Azərbaycanın Laçın şəhəri ərazisində yaratdığı sərhəd-keçid məntəqəsində üçrəngli bayrağımız qürurla dalğalanır...

Ermənilər bu bayrağın altından keçib gedəvə gələ bilirlər... Budur, dünən iyunun 4-də ermənilərin bir qrupu Rusiya sülhməramlılarının maşınları ilə Laçın sərhəd zastavasından keçib. Eyni zamanda bir neçə xəstə Qırmızı Xaç avtomobilləri ilə Qarabağdan çıxarılıb. Tezadlar.az bildirir ki, bu barədə "Rusiya xəbərləri" də məlumat yayıb. Məlumatda vurğulanır ki, ermənilər Azərbaycan sərhədçiləri tərəfindən pasportlarının yoxlanılmasından sonra dövlət sərhədindən keçiblər. Heç bir insident olmayıb. Bunu Azərbaycan sərhədçiləri tərəfindən sosial şəbəkələrdə yayımlanan videogörüntülər sübut edir. 

Onu da deyək ki,  bir müddət əvvəl separatçıların liderləri Qarabağ sakinlərini Laçın yolundan istifadə etməməyə çağırmışdılar. Onların fikrincə, belə bir imtina Qarabağın blokadada olmasını sübut etməlidir. Amma separatçının bu şantajı keçmədi və sadə erməni əhali onların başına ip bağlayıb hara gəldi sürükləyənlərin iç üzünü çoxdan bilirlər... Vacib olan budur ki, ermənilər Azərbaycan bayrağının altından keçməyin zərurət olduğunu artıq soyuq başla başa düşürlər. Başa düşməyənlərə isə Azərbaycan torpaqlarından rədd olub getmək üçün yol açıqdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA