Uzun fasilədən sonra Ukrayna silahlı qüvvələri ötən gecədən Donetsk istiqamətində cəbhənin beş hissəsində genişmiqyaslı hücuma keçib.
Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov bildirib. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin strateji ehtiyat hissələrinin 23-cü və 31-ci mexanikləşdirilmiş briqadaları hərəkətə keçərək cənub Donetsk istiqamətində cəbhənin beş hissəsində genişmiqyaslı hücuma keçiblər. Onun sözlərinə görə, hücumda ümumilikdə altı mexanikləşdirilmiş və iki tank batalyonu iştirak edib. Konaşenkov deyib ki, Ukrayna silahlı qüvvələrinin məqsədi, cəbhənin ən həssas hissəsində Rusiyanın müdafiəsini yarmaqdır. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə son sutka ərzində Rusiya qüvvələrinin Ukraynanın müdafiə mövqelərinə 29 dəfə hücum etməyə cəhd etdiyini açıqlayıb.
Baş Qərargahın məlumatında isə bildirilir ki, Luqansk və Donetsk vilayətlərinin bir neçə istiqaməti hücuma məruz qalıb. Agentlik bildirir ki, Kupyansk istiqamətində ruslar Luqansk vilayətinin Novoselovskoye yaxınlığında uğursuz hücum əməliyyatları həyata keçirib. Liman istiqamətində ruslar Beloqorovka bölgəsində irəliləməyə çalışıblar.
Qızğın döyüşlər davam edir. Rossiya24 TV-də bu barədə ötən gecə reportaj yayımlayırdı...
A.Məmmədli