Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu işdən çıxarıb.
Yerli KİV-in məlumatına görə, nazirin müvafiq əmri ilə daxili xidmət polkovniki Seymur Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunub.
Onun yerinə daxili xidmət polkovnik-leytenantı Ayaz Eyvazov təyin edilib.
Ayaz Eyvazov 16 noyabr 1979-cı ildə Xaçmaz rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 3 övladı var.
TEZADLAR.AZ