Odessa hərbi komissarlığının rəisi Yevgeni Borisov hərbi əməliyyatlar zamanı İspaniyada dəbdəbəli daşınmaz əmlak və avtomobillər alarkən yaxalanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda” nəşri araşdırma yazıda məlumat yayıb.
İstintaqın məlumatına görə, Borisov ailəsi 2023-cü ilin əvvəlində İspaniya sahillərində villa və ofis sahəsi alıb. Bundan əlavə, mülkün yaxınlığında dəyəri 100 min dollardan çox olan alman avtomobili tapılıb və hərbi komissarın bütün avtomobil parkı yarım milyon dollar dəyərində qiymətləndirilir.
Nəşrin məlumatına görə, Yevgeni Borisov 1996-cı ildən hərbi komissar işləyir, o, ailəsinin İspaniyada heç nəyə sahib olmadığına inandırır. Onun sözlərinə görə, həyat yoldaşı pərakəndə ticarətlə məşğuldur, amma o, “bu işlərə qarışmır”.
E.ŞİRİNOV