ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, dövlətin hazırkı lideri Co Bayden Çin tərəfindən idarə olunur.
Tramp Nyu-Hempşirdə Respublikaçı Qadınlar Federasiyasının tədbirində deyib ki, Bayden Çinin Kubadakı hərəkətləri ilə bağlı heç nə etmir.
"Onun heç nə etmək istəməməsinin səbəbi güzəştə getməsidir. Çin onun sahibidir", - Tramp Bayden haqqında deyib.
O əlavə edib ki, gələn il prezident seçkilərində qalib gəlsə, Çindən 48 saat ərzində Kubadan casus və hərbi texnikanı çıxarmağı tələb edəcək.
E.ŞİRİNOV