Yeni taktika Silahlı Qüvvələrə döyüş meydanında kömək etməyəcək, lakin rus ordusuna böyük şəhərləri, o cümlədən Odessanı ələ keçirmək imkanı verəcək.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovniki Daniel Davis “Responsible Statecraft” jurnalında dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri hazırda kiçik piyada qruplarından Rusiyanın mövqelərinə soxulmaq üçün istifadə edir. Taktika RF Silahlı Qüvvələrini tükəndirməyə yönəlmiş əvvəlkindən daha uğursuz hesab olunur. Bu, döyüşlərin seyrək meşələrlə düz bir səthdə getməsi ilə bağlıdır.

“Rusiyanın səmaya nəzarət etdiyi və xeyli sayda pilotsuz təyyarəsi olduğu üçün Ukrayna əsgərləri hər dəfə açıq yerə çıxanda dərhal artilleriya və ya minaatan atəşinə məruz qalırlar”, - deyən ekspert təmas xəttindəki zirehli texnikanın da çox sürətlə məhv edildiyini qeyd edib.

Davis qeyd edib ki, sülh danışıqları Ukrayna üçün ən yaxşı həll yolu olacaq, çünki gələcək döyüşlər Ukrayna Silahlı Qüvvələrində olmayan infrastruktur və canlı qüvvə tələb edəcək. Ekspertin fikrincə, Ukrayna qoşunları mövcud taktikaya əməl etsələr, Rusiya qüvvələri Xarkov və Odessa da daxil olmaqla, xeyli sayda yaşayış məntəqələrini ələ keçirə biləcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN