Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həyat yoldaşı saxlanılmayıb, iddialar əsassızdır.
Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.
Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.
Araşdırma aparılır, əlavə məlumat veriləcək.