Ötən gecə saatlarında Rusiyanın paytaxtı Moskva istiqamətində uçan iki hücum pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.
Tezadlar.az Rossiya24 TV-yə istinadla bildiri ki, Moskva şəhərinin meri Sergey Sobyanin öz teleqram kanalında məlumat yayıb. Sitat: "Gecə saat dörd radələrində Hava Hücumundan Müdafiə Qüvvələri şəhərə doğru uçan iki PUA-nı vurub. Biri Kaluqa vilayətində, digəri isə Mərkəzi Dairəvi yol ərazisində".
Paytaxt sakinləri isə artıq ötən həftədən bu həyəcanı yaşayır. Çünki artıq neçənci dəfədir ki, paytaxtın mərkəzi hissələrinə dron hücumları baş tutur.
A.Məmmədli