Varşava Belarusla sərhəddə 10 min əsgər yerləşdirəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak Polşa radiosunun efirində bildirib.
"Sərhəddə 10 minə yaxın əsgər olacaq", - o, cümə axşamı, avqustun 10-da Polşa radiosunda deyib.
Daha əvvəl iki min əsgərin olduğu bildirildi, lakin Polşa hakimiyyəti onların sayını artırmaq qərarına gəlib. 4 min əsgər sərhədin mühafizəsini təmin edəcək, daha 6 min əsgər isə bölgədə təhlükəsizliyin təmin edilməsi ilə məşğul olacaq.
Polşa-Belarus sərhədinin mühafizəsinin gücləndirilməsi “dinamik vəziyyət və Sərhəd Xidməti komandirinin xahişi ilə” bağlıdır.
E.ŞİRİNOV