Pakistanın baş naziri Şehbaz Şərif parlamenti yeni seçkilər üçün buraxıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” yazır.
Parlamentin səlahiyyətləri başa çatmaq üzrə olduğu üçün bu addım proqnozlaşdırılan idi. Bununla belə, Konstitusiyaya əsasən vaxtından əvvəl buraxılma hökumətə yeni seçkilərə hazırlaşmaq üçün əlavə bir ay vaxt verir.
Xatırladaq ki, bundan əvvəl Pakistanın keçmiş baş naziri İmran Xan korrupsiyaya görə 3 il müddətinə azadlıqdan məhrum edilib. Xan dövlət məmurlarına xarici məmurlardan verilən hədiyyələri saxlayan dövlət xəzinəsindən qiymətli əşyaları qanunsuz satmaqda təqsirli bilinib.
Sonradan məlum oldu ki, Xan həşəratlarla dolu kiçik, çirkli həbsxana kamerasında saxlanılır. Bu açıqlama ilə onun vəkili Naeem Panjuta çıxış edib.
E.ŞİRİNOV