Rusiya Müdafiə Nazirliyinin sentyabrın 1-də verdiyi məlumata görə, Ukrayna qoşunları bir həftə ərzində müxtəlif istiqamətlərdə 5,6 mindən çox əsgər itirib.
Avqustun 25-dən sentyabrın 1-dək Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) komanda məntəqələrinə, kəşfiyyat mərkəzlərinə, liman infrastruktur obyektlərinə, sursat anbarlarına və aerodromlarına dəqiq idarə olunan silahlarla beş qrup zərbəsi endirib.
Belə ki, Zaporojye istiqamətində bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin 960-dan çox yaraqlısı məhv edilib. Avqustun 25-dən sentyabrın 1-dək Yujno-Donetsk istiqamətində 1025-ə qədər ukraynalı əsgər məhv edilib. Donetsk istiqamətində USQ 2385-ə qədər, Kupyanskidə 470-ə qədər əsgər itirib. Krasnolımanski istiqamətində isə Ukrayna Silahlı Qüvvələri bir həftə ərzində 540-a qədər, Xersonda isə 230-a qədər hərbçi itirib.
E.ŞİRİNOV