Rusiyada çoxlu sayda məhkum olunmuş Qırğızıstan vətəndaşı var, lakin “bir çoxları nədənsə vətənlərinə qayıtmaq istəmir və cəzalarını Rusiya Federasiyasında çəkmək istəyirlər”.

24.kg xəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev mətbuat konfransında bildirib.

“Biz Baş Prokurorluq və məhkəmələrlə məhkum olunmuş Qırğızıstan vətəndaşlarının geri qaytarılması üzərində fəal işləmişik. 100-dən çox vətəndaş ölkəyə köçürülüb”, - deyə nazir bildirib.

Bundan başqa, Rusiyada valideyn himayəsindən məhrum olmuş 11 azyaşlı Qırğızıstan Respublikasına qaytarılıb.

Həmçinin qeyd edilib ki, Suriya, Türkiyə, İraq, Sudan və Trinidad və Tobaqodan 276 Qırğızıstan vətəndaşı təxliyə edilib.

Onun sözlərinə görə, ölən və xaricdə dünyasını dəyişən 213 qırğızıstanlının cəsədi də respublikaya aparılıb.

Eyni zamanda, Əfqanıstanda yaşayan etnik qırğızlara yardım göstərilib. Belə ki, onlara dərman və ərzaq şəklində humanitar yardım göndərilib.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN