Finlandiya Ali Məhkəməsi Rusiya vətəndaşı Vojislav Tordenin (Yan Petrovski) saxlanması üçün əsas olmadığına görə azadlığa buraxılması barədə qərar çıxarıb.

“Ali Məhkəmənin qərarına əsasən, Finlandiya Vojislav Tordenin Ukraynaya ekstradisiyasına razı ola bilməz”, – “Helsingin Sanomat” materialında deyilir.

Məhkəmə qərarına əsasən, Tordenin həbsdə saxlanması üçün artıq heç bir əsas yoxdur.

Bu ilin avqustunda Finlandiya hüquq-mühafizə orqanları Ukrayna hakimiyyətinin tələbi ilə Rusiya vətəndaşı Vojislav Tordeni (keçmiş Yan Petrovski) saxlayıb. Həmin gün onunla görüş üçün Helsinkiyə sorğu göndərilib. Tordenin 2014-2015-ci illərdə Donbassdakı münaqişədə Donetsk və Luqansk Xalq Respublikaları tərəfində iştirak etmiş "Rusiç" təxribat-hücum kəşfiyyat qrupunun liderlərindən biri olduğu iddia edilir. Bundan əlavə, ABŞ və Avropa Birliyinin sanksiya siyahısındadır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN