İsrailin baş naziri Benyamin Netanyahu və onun administrasiyası Qəzzada soyqırıma görə cinayət məsuliyyətinə cəlb edilməlidir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də rəsmi səfərdə olduğu Yunanıstandan qayıdarkən hovuzundan jurnalistlərə açıqlamasında deyib ki, bu hökm bir daha heç kimin belə bir şey etmək fikrinə düşməməsi üçün çox vacibdir.

Tezadlar.az Ərdoğanın açıqlamalarını Anadolu agentliyinə istinadən xəbər verir.

"Daha əvvəl dediyim kimi, Netanyahu bir qatil və Qəzzanın qəssabıdır. O, Beynəlxalq Cinayət Məhkəməsində (Slobodan) Miloşeviç kimi mühakimə edilməlidir. Onun yanında hərəkət edən israilli və qeyri-israilli siyasətçilər də mühakimə olunmalıdır”, - Ərdoğan qeyd edib.

"Biz 3 minə yaxın vəkilin köməyi ilə buna nail oluruq" deyən Türkiyə prezidenti davam edib: "Türkiyədən kənarda bir çox ölkədən hüquqşünaslar və prokurorlar bu işi izləyir. Biz bu işi izləməyə davam edəcəyik. Bizim vəzifəmiz isə cinayətlərə son qoymaqdır. Tezliklə bu soyqırım və cinayətkarlar cəzalandırılsın”.

“Netanyahu və onun əlaltıları cəzalandırılmalıdır, bu, soyqırımda günahkar olanların hamısı üçün nümunə olacaq”, - deyə o vurğulayıb: “Bu hökm çox vacibdir ki, dinc sakinləri öldürmək, xəstəxanaları bombalamaq, bazarları atəşə tutmaq başqa heç kimin ağlına gəlməsin”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN